“Şamaxı”nın yay hazırlıq planı məlum olub. Təlim-məşq toplanışımız Şamaxıda baş tutacaq və iyulun 1-i start götürəcək.
Komandamız hazırlıq zamanı 4 yoxlama oyunu keçirməyi planlaşdırılır. Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız ölkənin perspektivli gənclərindən sol cinah müdafiəçisi, U-21 yığmamızın üzvü, 19 yaşlı Rüfət Abbasovu heyətinə qatıb. Abbasovla iki illik müqavilə imzalanıb.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız yarımmüdafiəçi İlkin Muradovu heyətinə qatıb. Muradovla bir illik müqavilə imzalanıb.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız müdafiəçi Rafael Məhərrəmlini heyətinə qatıb. Məhərrəmli ilə bir illik müqavilə imzalanıb.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız müdafiəçi Adil Nağıyevi heyətinə qatıb. Nağıyevlə bir illik müqavilə imzalanıb.
“Şamaxı” növbəti mövsüm üçün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Geridə qalan mövsümdə komandanın kapitanı Emin Zamanovla yeni müqavilə imzalanıb. Yarımmüdafiəçi daha bir il “Şamaxı” forması geyinəcək.
Komandamızın məşqçi heyəti müəyyənləşib. Baş məşqçi Ayxan Abbasova məşqçilər Elnur Çodarov, Ceyhun Rzayev, Xəyal Qarayav, Vüsal Qarayev və qapıçı hazırlığı üzrə məşqçi Kamil Qafarov kömək edəcək.
Məşqçi heyətinə uğurlar arzulayırıq.
“Şamaxı”nın yeni baş məşqçisi məlum olub.
Klub rəhbərliyi davam edən danışıqlardan sonra təcrübəli mütəxəssis Ayxan Abbasovla razılığa gəlib. Yeni baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Ayxan Abbasov daha “Zirə”, “Sumqayıt” və son olaraq da “Turan Tovuz”u çalışdırıb.
Komandamızda növbəti ayrılıq baş tutub. Müqaviləsi başa çatan Salman Ələsgərovla yollar ayrılıb.
Müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Komandamızda növbəti ayrılıq baş tutub. Müqaviləsi başa çatan Bəhruz Teymurovla yollar ayrılıb.
Hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Komandamızda növbəti ayrılıq baş tutub. Müqaviləsi başa çatan Roman Hüseynovla yollar ayrılıb.
Yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Komandamızda növbəti ayrılıq baş tutub. Müqaviləsi başa çatan Samir Məhərrəmli ilə yollar ayrılıb.
Yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Futbolçumuz Fuad Bayramov “Zirə”yə transfer olub.
Geridə qalan mövsümü icarə əsasında “Zirə”də keçirən Fuad Bayramovun icarə müqaviləsində yer alan bəndə əsasən paytaxt klubu transfer etmək hüququndan yararlanaraq futbolçunu heyətinə qatıb.
Fuad Bayramova “Şamaxı”da göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Komandamızda növbəti ayrılıq baş tutub. Müqaviləsi başa çatan İbrahim Aslanlı ilə yollar ayrılıb.
Müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
“Şamaxı” növbəti mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız müqaviləsi başa çatan Abdulla Seydəhmədov ilə yeni müqavilə imzalayıb. Qolkiperlə yeni müqavilənin müddəti bir ildir.
“Şamaxı” növbəti mövsümün hazırlıqlarına davam edir. Məşqçilər heyəti ilə yollar ayrılıb. Köməkçi məşqçi Məqsəd Yaqubəliyev, məşqçi Mehman Baxışov və qapıçılar üzrə məşqçi Elnar Kərimovla imzalanmış müqavilələrin müddəti başa çatıb.
Hər üç məşqçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.



“Şamaxı” Futbol Klubu növbəti mövsümün hazırlıqlarına davam edir.
İdarə heyətinin növbəti iclasında yeni mövsümlə bağlı bir sıra qərarlar qəbul edilib.
İclasda ilk olaraq geridə qalan mövsümdə “Şamaxı”nın 1-ci liqada çempion olmasında baş məşqçi kimi verdiyi tövhəyə görə Ramiz Məmmədova idarə heyətinin üzvləri minnətdarlığını bildirib və komandanın yenidən Premyer Liqaya qayıtmasında onun böyük əməyinin olduğu qeyd edilib.
Müzakirələr nəticəsində Ramiz Məmmədovun idarə heyətinin sədr müavini kimi fəaliyyətinin daha önəmli olduğu nəzərə alınaraq klubun baş məşqçisi kimi başqa çalışdırıcının dəvət edilməsi qərara alınıb.
“Şamaxı” növbəti mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız müqaviləsi başa çatan Səbayıl Bağırov ilə yeni müqavilə imzalayıb. Müdafiəçi ilə yeni müqavilənin müddəti iki ildir.
Komandamızda növbəti ayrılıq baş tutub. Müqaviləsi başa çatan Əli Mürsəlovla yollar ayrılıb.
Hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Azərbaycan U-21 millisinin Slovakiya və Bolqarıstana qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Futbolçumuz Qurban Səfərov milliyə dəvət alanlar siyahısında yer alıb.
Qeyd edək ki, milli komandamız Slovakiya ilə iyunun 7-də Bratislavada, Bolqarıstanla isə 11-də isə Bakıda qarşılaşacaq.