Stadion - Haqqında

Stadionun açılışı 1 noyabr 2021-ci ildə baş tutmuşdur. Stadionda "Şamaxı" FK ev oyunlarını keçirir. Stadionun azarkeş tutumu 2200 nəfərdir və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olması planlaşdırılır.UEFA klub yarışlarının I, II və III təsnifat mərhələlərinin, eləcə də, əsas milli komandadan başqa bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.[1] Əsas meydanın tribunaları tavanla örtülüb və ətrafında qaçış zolağı yerləşir. Ot örtüyü sünidir. Stadion ərazisindəki idman kompleksində güləş və cüdo üçün nəzərdə tutulan zal, eləcə də, fitnes zalı tikilib.[1] Bunlardan əlavə, stadionun ərazisində süni örtüklü iki minimeydança inşa edilib.