Komandamızın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın II turunda baş tutan “Araz Naxçıvan” - “Şamaxı” oyunsonrası mətbuat konfransında oyun haqda fikirlərini bildirib:
“Bizim üçün uğursuz bir nəticə oldu. Hesabı bərabərləşdirmək üçün imkanlarımız olsa da, istifadə edə bilmədik. İndi çempionatın əvvəlidir, oyundan-oyuna daha da yaxşı olacağıq. Top buraxdıqdan sonra komandamın verdiyi reaksiyadan razı qaldım. Bəzi futbolçular bizim çempionat üçün hələ yenidir. Mən qarşımıza qoyulan məqsədə çatacağımıza əminəm. Komandama tam olaraq inanıram“.
Premyer Liqanın II turunda “Şamaxı” səfərdə “Araz-Naxçıvan”ın qonağı olub. “Liv Bona Dea Arena”da baş tutan qarşılaşmada komandamız rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Azərbaycan Premyer Liqası
II tur
10 avqust
18:45 "Araz-Naxçıvan" - "Şamaxı" 1:0
Qol: Ramon Maçado, 59
Baş hakim: Fərid Hacıyev
“Liv Bona Dea Arena
Premyer Liqanın 2024-25-ci illər mövsümünün ilk turunda “Şamaxı” səfərdə “Sabah”ın qonağı olub. Oyuna sürətli başlayan meydan sahibləri ardıcıl ikinci dəfə fərqlənib. İlk hissənin sonuncu dəqiqələrində komandamız Rüfət Abbasovla hesab arasındakı fərqi minimuma endirib. İkinci hissənin əvvəlində hücumçumuz Belajdi Pusi hesabı bərabərləşdirib. Qalan dəqiqələrdə başqa qol vurulmayıb və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust
“Sabah” – “Şamaxı” 2:2
Qollar: Namik Ələskərov, 16. Xəyal Əliyev, 37 – Rüfət Abbasov, 44. Belayi Pusi, 52.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.