Misli Premyer Liqasında VII tura start verilib. Turun açılış matçında “Şamaxı” Tovuz şəhər stadionunda “Kəpəz”in qonağı olub. Oyuna sürətli başlayan komandamız 16 və 19-cu dəqiqələrdə Brahim Konate və Giorgi Kantariyanın qolları hesabı 2:0 öz xeyrinə dəyişib. Qalan dəqiqələrdə komandamız bir neçə qol epizodu yaratsa da , bu fürsətlərdən istifadə edə bilməyib. Qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ötən həftə aşağı yaş qrupları üzrə 4 komandamız növbəti oyunlarına çıxıb. U-16 komandamız doğma meydanda EFA-ya 0:4 hesabı ilə məğlub olub. U-15 komandamız səfərdə “Səbail”lə 2:2 hesablı heçə edib. U-19 komandamız Gənclər Liqasında səfərdə “Neftçi” ilə qolsuz heç-heçəyə razılaşıb. U-17 komandamız isə Şamaxıda rəqibinə 0:7 hesabı ilə məğlub olub.
U-15 Liqası
Səbail - Şamaxı 2:2
U-16 Liqası
Şamaxı - EFA 0:4
U-17 Liqası
Şamaxı - Neftçi 0:7
Gənclər Liqası
Neftçi - Şamaxı 0:0
Misli Premyer Liqasında VI turun oyunları keçirilir. Komandamız bu turda Şamaxı şəhər stadionunda “Sumqayıt”ı qəbul edib. Oyuna sürətli başlayan komandamız 2-ci dəqiqədə hesabı açıb. Giorgi Kantariya qarşısı alınmaz zərbə ilə topu qapıdan keçirib. Qalan dəqiqələrdə komandamız hesab arasındakı fərqi artırmaq üçün qol fürsətləri yaratsa da bu fürsətlərdən istifadə edə bilmıyib. Bu qələbə ilə xallarının sayını 8-ə çatdıran komandamız turnir cədvəlində 5-ci pilləyə yüksəlib.
Geridə qalan həftədə “Şamaxı” Futbol Akademiyasının 4 yaş qrupu üzrə komandaları növbəti oyunlarına çıxıb.
U-17 komandamız səfərdə “Dinamo”ya 0:8, U-16 komandamız səfərdə “Neftçi”yə 1:12 hesabları ilə məğlub olub.
U-19 komandamız doğma meydanda “Turan Tovuz”a 1:3, U-15 komandamız isə Şamaxı şəhər stadionunda “Neftçi”yə 0:2 hesabı ilə məğlub olub.
Şamaxı Futbol Akademiyasında 3 komandamız növbəti oyunlarına çıxıb. U-19 komandamız Gənclər Liqasında səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. U-16 komandamız doğma meydanda “Sumqayıt”a 1:4 hesabı ilə məğlub olub. U-17 komandamız evdə “Turan Tovuz”a 0:7, U-15 komandamız isə səfərdə Tovuz təmsilçisinə 4:0 hesabı ilə məğlub olub.
Geridə qalan həftədə akadmeiyamızda 3 komanda yeni mövsümdə ilk matçlarına çıxıb.
U-16 komandamız Şamaxı şəhər stadionunda "Mübariz FA" komandasına 1:2 hesabı ilə məğlub olub. U-17 komandamız səfərdə "Zirə"yə 0:24 hesabı ilə məğlub olub. U-19 komandamız da Gənclər Liqasının ilk turunda "Araz Naxçıvan"a 1:3 hesabı ilə məğlub olub.
Bu gün Misli Premyer Liqasında 4-cü tura yekun vurulub.
Turun son matçında "Şamaxı" səfərdə "Zirə" ilə qarşılaşıb. Oyun komandamızın 1:0 hesablı qələbəsii ilə başa çatıb. Qarşılaşmada yeganə qolu hücumçumuz Leroy Mikels vurub.
20:30. “Zirə” – “Şamaxı” - 0:1
Qol: Leroy Mikels, 16
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov
Zirə İK stadionu.`
Ölkəmizi Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Klub qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib. “Qarabağ” klubunun müraciətini, “Şamaxı” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq 3-cü turun “Şamaxı” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək.