“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Komandamız növbəti transferini reallaşdırıb. Müdafiəçi Arsen Ağcabəyov növbəti mövsümün sonuna qədər komandamızda çıxış edəcək.
Xatırladaq ki, komandamız daha öncə Roman Hüseynov, Bəhruz Teymurov və Səbayıl Bağırovu heyətinə qatıb.
“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Komandamız növbəti transferini reallaşdırıb. “Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırov mövsümün sonuna qədər icarə əsasında komandamızda çıxış edəcək.
Xatırladaq ki, komandamız daha öncə Roman Hüseynov və Bəhruz Teymurovu heyətinə qatıb.
Komandamız daha 2 futbolçu ilə yollarını ayırıb. Hücumçular Emil Qasımov və Rövşən Şahmuradovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçuya təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq.
Xatırladaq ki, komandamız daha öncə Elçin Rəhimli, Samir Ağayev və Xəyyam Hüseynovla yollarını ayırmışdı.
Komandamız daha 2 futbolçu ilə yollarını ayırıb. Müdafiəçi Xəyyam Hüseynov və yarımmüdafiəçi Samir Ağayevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçuya təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq.
Xatırladaq ki, komandamız daha öncə Elçin Rəhimli ilə yollarını ayırmışdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif edilənlər arasında “Şamaxı” Futbol Klubunun İdarə heyətinin sədri Elçin Usub da yer alıb.
https://president.az/az/articles/view/62893
I Liqada XII turun oyunları keçirilib. İlin son turunda komandamız doğma meydanda MOİK-i qəbul edib. Oyuna sürətli başlayan komandamız 7-ci dəqiqədə kapitan Emin Zamanovla hesabı açıb. Matçın 54-cü dəqiqəsində isə hücumçumuz Elşad Tağıyev rəqib qapısından ikinci topu keçirib. Qarşılaşma 2:0 “Şamaxı”nın xeyrinə başa çatıb. Bu qələbədən sonra xallarının sayını 22-yə çatdıran komandamız qış fasiləsinə ikinci pillədə yollanıb.
14:00. “Şamaxı” – MOİK - 2:0
Qollar: Emin Zamanov. 7-pen. Elşad Tağıyev, 73
Şamaxı şəhər stadionu
Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.
Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 2 komandası da Şamaxı şəhər stadionunda növbəti oyunlarına çıxıb. 11 yaşadək futbolçulardan ibarət komandamız U-11 Liqasında “Dəmir Yumruq” komandasını məğlub edib. U-13 Liqasında da komandamız “İsmayıllı”nı 7:0 hesabı ilə məğlub edib.
Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.
Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 2 komandası da Şamaxı şəhər stadionunda növbəti oyunlarına çıxıb. 11 yaşadək futbolçulardan ibarət komandamız U-11 Liqasında “İsmayıllı” komandasını məğlub edib. U-13 Liqasında da komandamız “İsmayıllı”nı 10:0 hesabı iıə məğlub edib.