Azərbaycan kubokunda II təsnifat mərhələsinin oyunları keçirilib. "Şamaxı" bu mərhələdə doğma stadionda II Liqa təmsilçisi "Şəmkir"i qəbul edib. Komandamız rəqibini 6:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Komandamızın heyətində Emin Zamanov (2), Conatan Benteke (2), Qurban Səfərov və Fəxri Məmmədli fərqlənib.
Misli Premyer Liqasında XI turun oyunları keçirilib. Turun son matçında "Şamaxı" Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
27 oktyabr
19:00. “Qarabağ” – “Şamaxı” - 3:0
Qollar: Toral Bayramov, 50 - pen; Redon Cica, 66, Yassin Benzia, 84
Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı
Ötən həftə Şamaxı Futbol Akademiyasında komandalarımızın qeydə alınan nəticələrini təqdim edirik:
U-10 Liqası
Şamaxı - Dəmir Yumruq (Göyçay) >
U-11 Liqası
Şamaxı - İsmayıllı >
U-12 Liqası
Difai - Şamaxı <
U-13 Liqası
Şamaxı - Kürdəmir
Rəqib oyuna gəlməyib
U-14 Liqası
Şamaxı - Kürdəmir
Rəqib oyuna gəlməyib
U-15 Liqası
ASTA - Şamaxı 2:2
U-17 Liqası
Şamaxı - Qəbələ 0:6
Gənclər Liqası
Dinamo (Bakı) - Şamaxı 1:4
Misli Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
Günün ilk oyununda “Şamaxı” Şamaxı şəhər stadionunda “Araz Naxçıvan”ı qəbul edib. Matç Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, “Şamaxı” turnir cədvəlində 12 xalla 6-cıdır.
Misli Premyer Liqası
10-cu tur
19 oktyabr (şənbə)
15:30. “Şamaxı” - “Araz-Naxçıvan” - 0:1
Qol: Felipe Santos, 72
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
Şamaxı şəhər stadionu
Şamaxı Futbol Akademiyasında ötən həftə qeydə alınan nəticələri təqdim edirik:
U-10 Liqası
Şamaxı - İsmayıllı <
U-11 Liqası
Şamaxı - Lokomotiv (Ucar) >
U-13 Liqası
Çinar (Göyçay) - Şamaxı <
U-12 Liqası
Şamaxı - İsmayıllı >
U-15 Liqası
Sumqayıt - Şamaxı 7:0
U-16 Liqası
Şamaxı - Kəpəz 1:5
U-17 Liqası
Şamaxı - Səbail 1:6
Gənclər Liqası
Kəpəz - Şamaxı 3:1
"Şamaxı" Futbol Akademiyasında geridə qalan həftədə 5 komandamız növbəti oyunlarına çıxıb. Qeydə alınan nəticələri təqdim edirik:
U-12 Liqası
Şamaxı - Çərəkə (Göyçay) >
U-13 Liqası
Şamaxı - Lokomotiv (Ucar) >
U-15 Liqası
Şamaxı - EFA 1:4
U-16 Liqası
UFA - Şamaxı 3:1
U-17 Liqası
Kəpəz - Şamaxı 10:0
Gənclər Liqası:
Şamaxı - Qarabağ 1:1
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının heyəti müəyyənləşib. "Şamaxı"nın 3 futbolçusu: Rauf Rüstəmli, Rüfət Abbasov və Qurban Səfərov millimizə dəvət alıb.
U-21 yığması oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq.
Misli Premyer Liqasında VIII turun oyunları keçirilib. "Şamaxı" bu turda doğma stadionda "Turan Tovuz"u qəbul edib. Oyuna qonaqlar sürətli başlayıb və matçın 5-ci dəqiqəsində hesabı açıb. İlk hissədə başqa qol vurulmayıb və qonaqlar fasiləyə 1:0 hesablı qələbə ilə yollanıb. İkinci hissəyə komandamız qolla başlayıb. 48-ci dəqiqədə Brahim Konatenin cinahdan ötürməsini Belajdi Pusi tək toxunuşla tamamlayıb. Matçın 90-cı dəqiqəsində komandamız hesabı 2:1 öz xeyrinə dəyişib. Emin Zamanovun cərimə zərbəsindən ötürməsini Arsen Ağcabəyov başla tamamlayıb. Oyunun son saniyələrində rəqib penalti zərbəsindən hesabı bərabərləşdirib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.