Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.
Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 2 komandası da Şamaxı şəhər stadionunda növbəti oyunlarına çıxıb. 11 yaşadək futbolçulardan ibarət komandamız U-11 Liqasında “Dəmir Yumruq” komandasını məğlub edib. U-13 Liqasında da komandamız “İsmayıllı”nı 7:0 hesabı ilə məğlub edib.
Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.
Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 2 komandası da Şamaxı şəhər stadionunda növbəti oyunlarına çıxıb. 11 yaşadək futbolçulardan ibarət komandamız U-11 Liqasında “İsmayıllı” komandasını məğlub edib. U-13 Liqasında da komandamız “İsmayıllı”nı 10:0 hesabı iıə məğlub edib.
Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir.
Komandamız səfərdə “Səbail”lə qarşılaşıb. Matçda paytaxt təmsilçisi 6:0 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb.
Azərbaycan I Liqasında 11-ci tura yekun vurulub.
"Şamaxı" doğma meydanda "İmişli"ni qəbul edib. Bölgə təmsilçilərinin dueli qolsuz bərabərliklə başa çatıb.
11 turdan sonra hər iki komanda 19 xal toplayıb və turnir cədvəlinin 3-4-cü yerlərini bölüşürlər.
"Şamaxı" - "İmişli" 0:0
Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.
Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 1 komandası da Şamaxı şəhər stadionunda növbəti oyunlarına çıxıb. 12 yaşadək futbolçulardan ibarət komandamız U-12 Liqasında “İsmayıllı” komandasını məğlub edib.
I Liqada X turun oyunlarına yekun vurulub. Bu turda "Şamaxı" səfərdə "Araz Saatlı"nın qonağı olub. Komandamız bu matçda tək qolla 3 xalı qazanıb. Yeganə qolun müəllifi Elşad Tağıyev olub. Bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran komandamız turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
14:00. “Araz Saatlı” – “Şamaxı” - 0:1
Qol: Elşad Tağıyev, 59-pen.
Qırmızı vərəqə: Samır Alıyev, 58 ("Araz Saatlı")
Saatlı OİK stadionu
"Şamaxı"da yeni məşqçi təyinatı reallaşıb.
Elnar Kərimov əsas komandanın qapıçı hazırlığı üzrə məşqçisi təyin edilib. Müqavilənin müddəti cari mövsümün sonuna qədərdir.
Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.
Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 1 komandası da Şamaxı şəhər stadionunda növbəti oyunlarına çıxıb. 12 yaşadək futbolçulardan ibarət komandamız U-12 Liqasında Göyçayın "Çinar" komandasını məğlub edib.
Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub. "Şamaxı" səfərdə "Zaqatala"nın qonağı olub. Komandamız bu matçda 1:0 hesablı qələbə qazanıb. Yeganə qolun müəllifi kapitanımız Emin Zamanov olub. Bu qələbəylə 1/8 final mərhələsinə vəsiqə qazanan komandamız növbəti mərhələdə səfərdə "Səbail"lə qarşılaşacaq. Bu mərhələnin oyunları 19-21 dekabr tarixlərində keçiriləcək.
30 noyabr
13:30. “Zaqatala” – “Şamaxı” - 0:1
Qol: Emin Zamanov, 18
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu
Xəbər verdiyimiz kimi, İdarə heyətinin qərarı ilə Ramiz Məmmədov komandamızın baş məşqçisi təyin edilib. Artıq Məmmədovun iki köməkçisinin adı da məlum olub. Məqsəd Yaqubəliyev və Mehman Baxışov məşqçilər korpusunda yer alıb.
Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.
Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 3 komandası da Şamaxı şəhər stadionunda növbəti oyunlarına çıxıb. 11 yaşadək futbolçulardan ibarət komandamız U-11 Liqasında Göyçayın "Çinar" komandasını məğlub edib. U-12 komandamız "Kürdəmir"dən üstün olub.
U-13 Liqasında isə azyaşlılarımız Ucarın "Lokomotiv" komandasını 9:0 hesabı ilə məğlub edib.
Xəbər verdiyimiz kimi, baş məşqçimiz Vüqar Əsgərli öz istefası ilə komandadan ayrılıb. Bunun ardından köməkçi məşqçi Zamir Həsənov, analitik Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov da komandadan ayrılmaq istədiyini bildirib. Qarşılıqlı razılaşma əsasında hər 3 məşqçi ilə müqavilələrə xitam verilib.
I Liqada ilk dövrəyə yekun vurulub.
Komandamız bu turda Şamaxı şəhər stadionunda "Karvan"ı qəbul edib. Qonaqlar ardıcıl iki qol vuraraq oyuna üstün başlayıb, ilk hissənin sonunda komandamız hesab arasındakı fərqi minimuma endirib. İkinci hissəyə sürətli başlayan komandamız hesabı bərabərləşdirib. Matçın 72 və 84-cü dəqiqələrində rəqib daha iki qol vuraraq 4:2 hesabı ilə qalib gəlib.
24 noyabr
1-ci Liqa
9-cu tur
14:00."Şamaxı" - "Karvan" - 2:4
Qollar: Ruslan Süleymanov, 11 (0:1), Əli Abdullayev, 24 (0:2), Emin Zamanov, 45+2-pen. (1:2), Elşad Tağıyev, 47 (2:2), Əli Abullayev, 72-pen. (2:3), Ruslan Voronsov, 84 (2:4)
Baş hakim: Nicat İsmayıllı
Stadion: Şamaxı şəhər stadionu
Şamaxı rayonunda I Liqada mübarizə aparan "Şamaxı” klubunun əsas komandası, U-15 və U-16 komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib.
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.



Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.
Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 3 komandası da növbəti oyunlarına çıxıb. 11 yaşadək futbolçulardan ibarət komandamız U-11 Liqasında "Kürdəmir" komandasını məğlub edib. U-12 komandamız "İsmayıllı"nı məğlub edib.
U-13 Liqasında isə azyaşlılarımız "Kürdəmir"ı 8:0 hesabı ilə məğlub edib.
Milli komandaların oyunları ilə əlaqədər I Liqada yaranmış fasilədə komandamız bu gün “Qaradağ Lökbatan”la yoxlama oyunu keçirib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb, komandamızın heyətində Emil Qasımov və Salman Ələsgərov fərqlənib.
Akademiyamızın azyaşlıları ilə irqçiliklə mübarizə ilə bağlı tədbir keçirilib.Tədbirdə iştirakçılara irqçilik nədir?, irqçilyin mənfi cəhətləri və həyatımızda irqçiliyə yol verilməzliyin vacibliyi vurğulanıb. Futbol arenasında ən ağır
cəzaların məhz irqçiliklə bağlı olduğu xatırlanıb. UEFA-nın “no to racism” şüarının öncəliyi də vurğulanıb. Əlavə olaraq azyaşlılara irqçiliklə bağlı videoroliklər izlədilib.
Milli komandaların oyunları ilə bağlı I Liqada yaranmış fasilədə komandamız yoxlama oyunu keçirəcək. “Şamaxı” noyabrın 17-si, saat 13:00-da “Neftçi Futbol Mərkəzi”ndə “Qaradağ Lökbatan”la qarşılaşacaq.