Avropa Klublar İttifaqının məlumatı

Bazar ertəsi, 12 May 2025 15:05

Avropa Klublar İttifaqı (UEC) istedada sərmayə qoyan klubları dəstəkləmək üçün yeni Oyunçu İnkişafı Mükafatı siyasətini təklif edir.

Brüssel, 12 may 2025

Avropa Klublar İttifaqı (UEC) yeni strateji siyasət təklifini təqdim etdi: Oyunçu İnkişafı Mükafatı (PDR)

Bu siyasət UEFA-nın illik Klub Yarışlarından əldə etdiyi gəlirin ən azı 5%-ni yeni maliyyə mexanizminə ayırmağı tələb edir ki, bu da klubların özlərinin iştirak edib-etməməsindən asılı olmayaraq, UEFA Klub Yarışlarında iştirak edən oyunçuları yetişdirən və inkişaf etdirən klublara birbaşa fayda verəcəkdir.

UEC-də hesab edirik ki, təkcə Avropa futbol idarəçiliyi çərçivəsində üzləşdiyimiz bəzi cari məsələləri və çağırışları qeyd etmək kifayət deyil, eyni zamanda innovativ və konkret həll yollarına töhfə də verməliyik. Oyunçu İnkişafı Mükafatı məhz belədir: futbol ekosistemində ədalət və tarazlığı bərpa etmək üçün praqmatik, ləyaqətə əsaslanan yanaşmadır. O, son altı ay ərzində üzvlərimizlə sıx əməkdaşlıq şəraitində işlənib hazırlanmış, sonuncu Baş Assambleyamızda müzakirə edilmiş və açıq və demokratik prosesdə rəy almaq üçün bütün klublarla paylaşılmışdır.

Konsepsiya artıq Avropa Komissiyasına və bütün futbol üzrə əsas maraqlı tərəflərə təqdim edilib və ilkin müsbət rəyləri alınıb. Siyasətin konkret həyata keçirilməsi müzakirəyə açıq qalsa da, əsas prinsip aydındır: oyunçuların inkişafına sərmayə qoyan klublar, həmin oyunçular Avropa yarışlarının uğuruna töhfə verdikdə ədalətli şəkildə mükafatlandırılmalıdırlar.

 

Oyunçu İnkişafı Mükafatı nədir?

Təklifə əsasən:

 

• UEFA Klub Yarışları (UCC) gəlirlərinin minimum 5%-i hər mövsüm xüsusi Oyunçu İnkişafı Mükafatı kimi ayrılacaq.

• Bu vəsait UEFA yarışlarında oynadığı dəqiqələrə və onların yetişdirdiyi və inkişaf etdirdiyi oyunçuların qazandığı pul mükafatlarına əsasən klublara yenidən bölüşdürüləcək.

• Yalnız həmin mövsüm UCL Liqasının Fazasında iştirak etməyən klublar uyğun olacaq, dəstəyin işi tez-tez tanınmayan klublara getməsini təmin edəcək.

• Hər hansı bölüşdürülməmiş məbləğ uyğun klublar arasında yenidən bölüşdürüləcəkdir.

Bu təklif oyunçuların inkişaf tarixçələri və məşq klublarının lazımi təhlilini verən Transfermarkt-ın dəstəyi ilə faktiki məlumatlara əsaslanır.

 

Bu nəyə lazımdır?

Mövcud sistem həm köhnəlib, həm də davamlı futbolun məqsədlərinə uyğunlaşdırılmayıb:

 

• FIFA-nın transfer həmrəyliyi və məşq təzminat mexanizmləri etibarsızdır və real inkişaf uğuru ilə deyil, transfer fəaliyyəti ilə bağlıdır.

 

• UEFA həmrəylik ödənişləri hazırda uğurlu oyunçu inkişafına əsaslanan hər hansı xüsusi klub mükafatını ehtiva etmir

 

Oyunçu İnkişafı Mükafatı aşağıdakıları təqdim etməklə bu çatışmazlıqları aradan qaldırır:

 

• Ədalətlilik – maliyyə mükafatlarının birbaşa klubun yüksək səviyyəli istedadların inkişafındakı rolu ilə əlaqələndirilməsi

 

• Davamlılıq – elitadan kənar klublar üçün xüsusilə vacib olan yeni, proqnozlaşdırıla bilən gəlir axını təklif etmək

 

• İnkişaf stimulları – gənclərə və infrastruktura uzunmüddətli investisiyaların təşviqi

 

Təsiri nə olacaq?

 

Son mövsümlərə əsaslanan simulyasiyalar göstərir ki, Avropada təxminən 1500 klub yüksək divizionlardan tutmuş altıncı səviyyəli komandalara qədər PDR ödənişləri alacaqdı. 400-dən çox klub hər biri 100.000 avrodan çox alacaqdı. Bu siyasət, istedadını inkişaf etdirməklə peşəkar oyunu gücləndirən klublara mənalı, uzunmüddətli maliyyə tanınması və mükafat təqdim etmək potensialına malikdir.

 

Futbol inkişaf etməyə davam etdikcə, UEC ölçüsündən və büdcəsindən asılı olmayaraq hər bir klubun inkişaf etmək imkanına malik olduğu daha ədalətli, daha əhatəli ekosistemi müdafiə etməyə sadiq qalır. Oyunçu İnkişafı Mükafatı bu gələcəyə doğru mühüm addımdır.

 

İllik hesabat

Cümə, 02 May 2025 11:52

"Şamaxı" Futbol Klubunun illik hesabatını təqdim edirik:

 

"Şamaxı"dan ardıcıl ikinci qələbə

Bazar ertəsi, 10 Mart 2025 22:16

Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

“Şamaxı” doğma meydanda Şamaxı çəhər stadionunda “Sabah”ı qəbul edib. 

Görüş komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın yeganə qolunun müəllifi gənc futbolçumuz Edqar Adilxanov olub.

Bu nəticədən sonra xallarını 27-yə çatdıran bölgə təmsilçisi 7-ci sıradadır. 

"Səbail" - "Şamaxı" 0:2

Çərşənbə axşamı, 04 Mart 2025 22:23

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Turun açılış oyununda "Şamaxı" səfərdə "Səbail"in qonağı olub. Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Azərbaycan Premyer Liqası
25-ci tur
3 mart

“Səbail” – “Şamaxı” 0:2
Qollar: Vasili Bakiç, 41. Andrey Tırkovyanu, 63.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
“ASCO Arena”, 17:00.

"Şamaxı" - "Turan Tovuz" 0:1

Çərşənbə axşamı, 25 Fevral 2025 19:00

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq. Son günün ilk oyunu Şamaxıda baş tutub.

“Şamaxı” evdə “Turan Tovuz”la üz-üzə gəlib. Qarşılaşma Tovuz təmsilçisinin qələbəsiylə yekunlaşıb.

 

Misli Premyer Liqası
24-cü tur

23 fevral

“Şamaxı” – “Turan Tovuz” 0:1
Qol: Aleks Souza, 30.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev.
Şamaxı şəhər stadionu, 14:30.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasili Radenoviç, 93. Brahim Konate, 66. Vasili Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev.
Baş məşqçi: Ayxan Abbasov.
Turan Tovuz: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdıyev.

"Neftçi" - "Şamaxı" 1:0

Çərşənbə axşamı, 04 Fevral 2025 00:49

Bu gün Misli Premyer Liqasında 21-ci tura start verilib.

"Neftçi" evdə "Şamaxı" ilə qarşılaşıb. Matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, turnir cədvəlində "Neftçi" 21 xalla 7-ci, "Şamaxı" isə 17 xalla 9-cu yerdə qərarlaşıb.

31 yanvar

18:30. “Neftçi” – “Şamaxı” - 1:0 

Qol: Emin Mahmudov, 45+4 - pen.

Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

"Neftçi Arena"

"Şamaxı" - "Zirə" 1:2

Cümə, 24 Yanvar 2025 23:51

 

Bu gün Misli Premyer Liqasında 20-ci tura start verilib. "Şamaxı" doğma meydanda "Zirə"ni qəbul edib və rəqibinə 1:2 hesabı ilə məğlub olub.

 

Misli Premyer Liqası

XX tur

24 yanvar

"Şamaxı" – "Zirə" 1:2 
Qollar: 
Konate 38 - Ruan Renato 45, Salifu Summa 49
Baş hakim: İnqilab Məmmədov
Şamaxı şəhər stadionu

Təşəkkürlər, Ramin Əhmədov !

Çərşənbə, 25 Dekabr 2024 20:28

“Şamaxı” müqavilə müddəti başa çatan futbolçusu Ramin Əhmədovla yollarını ayırıb.

Yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qış planı məlum oldu

Çərşənbə, 25 Dekabr 2024 20:28
“Şamaxı”nın qış təlim-məşq toplanışı planı məlum olub. Komandamız yanvarın 2-də Bakıda bir araya gələcək. Hazırlığını paytaxtda keçəcək komandamız toplanış zamanı 2 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komandamız yanvarın 9-u “Zirə”, 12-si isə “Sabah”la qarşılaşacaq.

Təşəkkürlər, Qurban Səfərov !

Çərşənbə axşamı, 24 Dekabr 2024 11:12

“Şamaxı” futbolçusu Qurban Səfərovla yollarını ayırıb. Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qurban Səfərova göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Akademiya: Nəticələr

Çərşənbə axşamı, 24 Dekabr 2024 11:04

Şamaxı Futbol Akademiyasında komandalarımız növbəti oyunlarına çıxıb. Qeydə alınan nəticələri təqdim edirik:

U-12 Liqası

Kürdəmir - Şamaxı <

 

U-13 Liqası

Kürdəmir - Şamaxı 0:13

 

U-14 Liqası

Şamaxı - Hindarx (Ağcabədi) 2:2

 

U-15 Liqası

Dinamo (Bakı) - Şamaxı 2:3

 

 

U-17 Liqası

Şamaxı - EFA 1:10

 

Gənclər Liqası

Sabah - Şamaxı 4:0

"Şamaxı" - "Sabah" 3:1

Bazar ertəsi, 23 Dekabr 2024 09:14

Misli Premyer Liqasında XVIII turun oyunları keçirilib. İlin son oyununda "Şamaxı" doğma meydanda "Sabah"ı qəbul edib. Oyuna sürətli başlayan  komandamız 23-cü dəqiqədə Edqar Adilxanovla hesabı açıb. Rəqib ilk hissənin sonlaırnda hesabı bərabərləşdirib və ilk hissə 1:1 hesabı ilə başa çatıb. Komandamız ikinci hissəyə də qollarla başlayıb. 55-ci dəqiqədə hücumçumuz Belajdi Pusi hesabı 2:1 edib, 7 dəqiqə sonra kapitan Leroy Mikels komandamızın üçüncü qolunu vurub və qarşılaşma komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Şamaxı" mövsümün ilk yarısını 17 xalla 7-ci pillədə başa vurub.

 

Misli Premyer Liqası, 18-ci tur

22 dekabr

14:00.“Şamaxı” – “Sabah” - 3:1 

Qollar: Edqar Adilxanov, 23 (1:0), Pavol Safranko, 38 (1:1), Belajdi Pusi, 55 (2:1), Leroy Mikels, 62 (3:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov

“Şamaxı” - “Qarabağ” 0:1

Cümə, 20 Dekabr 2024 22:56

Misli Premyer Liqasında III turdan təxirə salınmış oyunda “Şamaxı” “Qarabağ”ı qəbul edib. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada komandamız matçın son dəqiqəsində qapısında gördüyü qolla rəqibinə 0:1 hesabı ilə məğlub olub.

U-17 komandamız məğlub oldu

Cümə, 20 Dekabr 2024 22:54

U-17 komandamız U-17 Liqasında növbəti oyununu keçirib. Komandamız səfərdə “Neftçi” ilə qarşılaşıb və rəqibinə 0:14 hesabı ilə məğlub olub.

Akademiya: Həftənin nəticələri

Bazar ertəsi, 16 Dekabr 2024 20:09

Şamaxl Futbol Akademiyasında komandalarımız növbəti oyunlarını keçirib. Qeydə alınan nəticələri təqdim edirik:

 

U-14 Liqası

Mil (Beyləqan) - Şamaxı 1:4

 

U-15 Liqası

Qarabağ - Şamaxı 9:0

 

U-16 Liqası

Mübariz - Şamaxı 2:1

 

U-17 Liqası

Dinamo (Bakı) - Şamaxı 14:0

 

Gənclər Liqası

Şamaxı - Neftçi 2:1

 

Əvəzedicilərimizdən qələbə

Bazar ertəsi, 16 Dekabr 2024 20:06

Əvəzedicilər Liqasında XVII turun oyunları keçirilib. “Şamaxı-2” bu turda doğma meydanda “Səbail-2”ni qəbul edib və rəqibini 4:2 hesabı ilə məğlub edib. Komandamızın heyətində Səbayıl Bağırov (2), Qurban Səfərov və Ramin Əhmədov fərqlənib.

“Şamaxı” - “Səbail” 0:0

Şənbə, 14 Dekabr 2024 22:43

Misli Premyer Liqasında XVII turun oyunlarına start verilib. Turun açılış matçında “Şamaxı” doğma meydanda “Səbail”i qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

 

Misli Premyer Liqası

17-ci tur

14 dekabr (şənbə)

14:00. “Şamaxı” - “Səbail” - 0:0
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu

Akademiya: Həftənin nəticələri

Çərşənbə, 11 Dekabr 2024 21:22

 Şamaxı Futbol Akademiyasında komandalarımız növbəti turların oyunlarına çıxıb. Qeydə alınan nəticələri təqdim edirik:

U-10 Liqası

Şamaxı - Lokomotiv (Ucar) >

U-11 Liqası

İsmayıllı - Şamaxı <

U-12 Liqası

Şamaxı - Difai

Rəqib oyuna gəlməyib

 

U-14 Liqası

Şamaxı - Çinar (Göyçay) 6:1

U-15 Liqası

Şamaxı - Zirə 0:3


U-16 Liqası

Zirə - Şamaxı 5:1

 

U-17 Liqası

Turan Tovuz - Şamaxı 10:0

 

Gənclər Liqası

Turan Tovuz - Şamaxı 1:1

 

“Şamaxı-2” məğlub oldu

Çərşənbə, 11 Dekabr 2024 04:53

Əvəzedicilər Liqasında XVI turun oyunları keçirilib. “Şamaxı-2” səfərdə “Turan Tovuz-2”nin qonağı olub və rəqibinə 0:6 hesabı ilə məğlub olub.

MƏLUMAT

Çərşənbə axşamı, 10 Dekabr 2024 12:45

“Şamaxı” iki futbolçusu ilə yollarını ayırıb. Müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə müqavilələrə xitam verilib. Xitamın səbəbləri barədə klub hal-hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir. Ümid edirik ki, media və kütləvi informasiya nümayəndələri bu mövqeyə anlayış göstərəcəklər.

1 -dən səhifə 12

Son xəbərlər

   Phone:   +994 12 594 43 51

   Address:  Şamaxı, A.Məmmədağa,34

   Email:  info@shamakhifc.az