Misli Premyer Liqasında XVIII turun oyunları keçirilib. İlin son oyununda "Şamaxı" doğma meydanda "Sabah"ı qəbul edib. Oyuna sürətli başlayan komandamız 23-cü dəqiqədə Edqar Adilxanovla hesabı açıb. Rəqib ilk hissənin sonlaırnda hesabı bərabərləşdirib və ilk hissə 1:1 hesabı ilə başa çatıb. Komandamız ikinci hissəyə də qollarla başlayıb. 55-ci dəqiqədə hücumçumuz Belajdi Pusi hesabı 2:1 edib, 7 dəqiqə sonra kapitan Leroy Mikels komandamızın üçüncü qolunu vurub və qarşılaşma komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Şamaxı" mövsümün ilk yarısını 17 xalla 7-ci pillədə başa vurub.
Misli Premyer Liqası, 18-ci tur
22 dekabr
14:00.“Şamaxı” – “Sabah” - 3:1
Qollar: Edqar Adilxanov, 23 (1:0), Pavol Safranko, 38 (1:1), Belajdi Pusi, 55 (2:1), Leroy Mikels, 62 (3:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov