Misli Premyer Liqasında XIII tura start verilib. Turun ilk matçında "Şamaxı" səfərdə "Neftçi"nin qonağı olub. Oyuna sürətli başlayan meydan sahibləri ilk 3 dəqiqədə arıdıl iki qol vurub. Daha sonra toparlanan komandamız 29-cu dəqiqədə Brahim Konate ilə hesab arasındakı fərqi minimuma endirib. 43-cü dəqiqədə isə Leroy Mikels möhtəşəm qolla hesabı bərabərləşdirib. Matçın qalan dəqiqələrində qol olmayıb və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
8 noyabr
15:00. “Neftçi” – “Şamaxı” - 2:2
Qollar: Dembo Darbo, 1 (1:0), Murad Məmmədov, 4 (2:0), Brahim Konate, 29 (2:1), Leroy Mikels, 43 (2:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Nicat İsmayıllı
Şamaxı Futbol Akademiyasında bu həftə daha iki komandamız növbəti oyunlarını keçirib.
U-17 Liqası
Şamaxı - Vətən 1;9
U-19 Liqası
UFA - Şamaxı 0:3
Ötən həftə Şamaxı Futbol Akademiyasında komandalarımızın qeydə alınan nəticələrini təqdim edirik:
U-11 Liqası
Kürdəmir - Şamaxı <
U-12 Liqası
Şamaxı - Kürdəmir >
U-13 Liqası
İsmayıllı - Şamaxı 0:13
U-16 Liqası
Şamaxı - Turan Tovuz 1:5
U-17 Liqası
Qarabağ - Şamaxı 18:1
Gənclər Liqası
Şamaxı - Zirə 2:3
Əvəzedicilər Liqasında XII turun oyunları keçirilib. "Şamaxı-2" səfərdə "Zirə-2"nin qonağı olub. Komandamız səfərdə 2:2 hesablı heç-heçə edib. Hər iki qolun müəllifi Ramin Əhmədov olub.
Misli Premyer Liqasında XII turun oyunları keçirilir. Komandamız bu turda Şamaxı şəhər stadionunda "Zirə"ni qəbul edib. Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası
XII tur
2 noyabr
15:00. “Şamaxı” - “Zirə” - 0:2
Qollar: Junior Martins, 33 (0:1), Vasiliye Bakiç, 63-avtoqol (0:2)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil amazanov, Fərid Hacıyev
Şamaxı şəhər stadionu
"Şamaxı" Azərbaycan kubokunun II təsnifat mərhələsində "Şəmkir"i 6:1 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Komandamız bu mərhələdə "Zirə" ilə qarşılaşacaq. Tək oyundan ibarət bu mərhələnin oyunları 3/4 dekabr tarixlərində keçiriləcək və qarşılaşma səfərdə baş tutacaq.
Azərbaycan kubokunda II təsnifat mərhələsinin oyunları keçirilib. "Şamaxı" bu mərhələdə doğma stadionda II Liqa təmsilçisi "Şəmkir"i qəbul edib. Komandamız rəqibini 6:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Komandamızın heyətində Emin Zamanov (2), Conatan Benteke (2), Qurban Səfərov və Fəxri Məmmədli fərqlənib.
Misli Premyer Liqasında XI turun oyunları keçirilib. Turun son matçında "Şamaxı" Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
27 oktyabr
19:00. “Qarabağ” – “Şamaxı” - 3:0
Qollar: Toral Bayramov, 50 - pen; Redon Cica, 66, Yassin Benzia, 84
Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı
Ötən həftə Şamaxı Futbol Akademiyasında komandalarımızın qeydə alınan nəticələrini təqdim edirik:
U-10 Liqası
Şamaxı - Dəmir Yumruq (Göyçay) >
U-11 Liqası
Şamaxı - İsmayıllı >
U-12 Liqası
Difai - Şamaxı <
U-13 Liqası
Şamaxı - Kürdəmir
Rəqib oyuna gəlməyib
U-14 Liqası
Şamaxı - Kürdəmir
Rəqib oyuna gəlməyib
U-15 Liqası
ASTA - Şamaxı 2:2
U-17 Liqası
Şamaxı - Qəbələ 0:6
Gənclər Liqası
Dinamo (Bakı) - Şamaxı 1:4
Ötən həftə Şamaxı Futbol Akademiyasında komandalarımızın qeydə alınan nəticələrini təqdim edirik:
U-10 Liqası
Lokomotiv (Ucar) - “Şamaxı”
Rəqib oyuna gəlməyib
U-15 Liqası
Şamaxı - Sabah 0:4
U-16 Liqası
Qarabağ - Şamaxı 20:0
U-17 Liqası
Sabah - Şamaxı 19:0
Gənclər Liqası
Şamaxı - Sumqayıt 0:2
Əvəzedicilər Liqasında X turun oyunları keçirilir. Bu turda komandamız Şamaxı şəhər stadionunda “Araz Naxçıvan-2”ni qəbul edib. Qarşılaşma 1:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Oyundakı yeganə qolun müəllifi Rüstəm Şıxəliyev olub.
Misli Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
Günün ilk oyununda “Şamaxı” Şamaxı şəhər stadionunda “Araz Naxçıvan”ı qəbul edib. Matç Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, “Şamaxı” turnir cədvəlində 12 xalla 6-cıdır.
Misli Premyer Liqası
10-cu tur
19 oktyabr (şənbə)
15:30. “Şamaxı” - “Araz-Naxçıvan” - 0:1
Qol: Felipe Santos, 72
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
Şamaxı şəhər stadionu
Şamaxı Futbol Akademiyasında ötən həftə qeydə alınan nəticələri təqdim edirik:
U-10 Liqası
Şamaxı - İsmayıllı <
U-11 Liqası
Şamaxı - Lokomotiv (Ucar) >
U-13 Liqası
Çinar (Göyçay) - Şamaxı <
U-12 Liqası
Şamaxı - İsmayıllı >
U-15 Liqası
Sumqayıt - Şamaxı 7:0
U-16 Liqası
Şamaxı - Kəpəz 1:5
U-17 Liqası
Şamaxı - Səbail 1:6
Gənclər Liqası
Kəpəz - Şamaxı 3:1
Azərbaycan kubokunda II təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Şamaxı”nın rəqibi məlum olub. Komandamız bu mərhələdə Şamaxı şəhər stadionunda “Şəmkir”i qəbul edəcək. Bu mərhələnin oyunları 29/30 oktyabr tarixlərində keçiriləcək.
"Şamaxı" Futbol Akademiyasında geridə qalan həftədə 5 komandamız növbəti oyunlarına çıxıb. Qeydə alınan nəticələri təqdim edirik:
U-12 Liqası
Şamaxı - Çərəkə (Göyçay) >
U-13 Liqası
Şamaxı - Lokomotiv (Ucar) >
U-15 Liqası
Şamaxı - EFA 1:4
U-16 Liqası
UFA - Şamaxı 3:1
U-17 Liqası
Kəpəz - Şamaxı 10:0
Gənclər Liqası:
Şamaxı - Qarabağ 1:1
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının heyəti müəyyənləşib. "Şamaxı"nın 3 futbolçusu: Rauf Rüstəmli, Rüfət Abbasov və Qurban Səfərov millimizə dəvət alıb.
U-21 yığması oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq.
Əvəzedicilər Liqasında IX turun oyunları keçirilib. “Şamaxı-2” səfərdə “Səbail-2” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Nicat Xasıyev və Ramin Əhmədov fərqlənib.
Misli Premyer Liqasında IX turun oyunları keçirilib. İlk dövrənin son turunda “Şamaxı” səfərdə “Səbail”in qonağı olub. Komandamız rəqibinə 0:2 hesabı ilə məğlub olub. İlk dövrədən sonra komandamız 12 xalla turnir cədvəlinin 6-cı sırasında qərarlaşıb.
U-17 Liqasında növbəti turun oyunları keçirilib. U-17 komandamız Şamaxı şəhər stadionunda “Masallı” komandasını qəbul edib və rəqibinə 0:10 hesabı ilə məğlub olub.
Əvəzedicilər Liqasına VIII turun oyunları keçirilib. “Şamaxı-2” Şamaxı şəhər stadionunda "Turan Tovuz-2"ni qəbul edib. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Əvəzedicilərimizin heyətində Rauf Rüstəmli fərqlənib.