“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız müdafiəçi Vasiliye Radenoviçi heyətinə qatıb. Mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.
Radenoviçin son klubu Bosniya və Hersoqavinanın "GOSK Gabela" olub.
“Şamaxı” futbolçu Lubeni Haukonqo ilə yollarını ayırıb. Belə ki, futbolçu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.
Futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq.
Bu gün Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün püşkü atılıb. Püşkatmaya əsasən komandamız ilk turda “Sabah”ı qəbul edəcək.
Mövsümə avqustun 2-də start veriləcək.
“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir. Komandamız toplanış zamanı ikinci yoxlama oyununu keçirəcək və bu matçda “Pelikan”la qarşılaşacaq. Oyun 20 iyul, saat 18:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.
“Şamaxı” yay təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.
“Kəpəz”lə qarşılaşan komandamız 2:1 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Səbayıl Bağırov və Arsen Ağcabəyov fərqlənib.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız “Sabah”dan müdafiəçi Fəxri Məmmədlini icarə əsasında heyətinə qatıb. Məmmədli növbəti bir ili komandamızda keçirəcək.
“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir.
Komandamız hazırlıq çərçivəsində iyulun 14-ü “Kəpəz”lə keçirəcəyi yoxlama matçı tərəflərin razılığı ilə bir gün sonraya təxirə salınıb.
Qarşılaşma iyulun 15-i, saat 17:30-da Qəbələ şəhər stadionunda start götürəcək.
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız müdafiəçi Lubeni Haukonqonu heyətinə qatıb. Namibiya millisinin üzvü olan mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.
Lubeninin son klubu Cənubi Afrika Respublikasının “Cape Town Spurs” klubu olub.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2021-ci ildən Namibiya millisinə dəvət alır.
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız qapıçı Kamal Bayramovu heyətinə qatıb. Qolkiperlə bir illik müqavilə imzalanıb.
“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb. Müdafiəçi Kənan Quliyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Quliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Komandamız yay təlim-məşq toplanışı zamanı ilk yoxlama oyununu iyulun 14-də “Kəpəz”ə qarşı keçirəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız portuqaliyalı qapıçı Rikardo Fernandesi heyətinə qatıb. Qolkiperlə bir illik müqavilə imzalanıb.
29 yaşlı qapıçının son klubu Portuqaliyanın “Torreens” klubu olub.
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariyanı heyətinə qatıb. Kantariya ilə bir illik müqavilə imzalanıb.
27 yaşlı futbolçunun son klubu Livanın “Nejmeh” klubu olub.
“Şamaxı” gənc qapıçı Sahib Həsənovla müqavilə yeniləyib. Qolkiper ilə iki illik müqavilə imzalanıb.
Danışıqlar nəticəsində Sahib Həsənov növbəti mövsümü icarə əsasında “Difai Ağsu”da keçirəcək.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız Brahim Konateni heyətinə qatıb. Fransalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son klubu isə İsrailin “Hapoel Afula” olub.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız Belajdi Pusini heyətinə qatıb. Albaniyalı hücumçu ilə bir illik müqavilə imzalanıb.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız “Sabah”dan Rauf Rüstəmlini icarə əsasında heyətinə qatıb. Rüstəmli növbəti bir ili komandamızda keçirəcək.
“Şamaxı”nın yay hazırlıq planı məlum olub. Təlim-məşq toplanışımız Şamaxıda baş tutacaq və iyulun 1-i start götürəcək.
Komandamız hazırlıq zamanı 4 yoxlama oyunu keçirməyi planlaşdırılır. Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız ölkənin perspektivli gənclərindən sol cinah müdafiəçisi, U-21 yığmamızın üzvü, 19 yaşlı Rüfət Abbasovu heyətinə qatıb. Abbasovla iki illik müqavilə imzalanıb.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız yarımmüdafiəçi İlkin Muradovu heyətinə qatıb. Muradovla bir illik müqavilə imzalanıb.