“Şamaxı” milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasilə zamanı yoxlama oyunu keçirib. Komandamız Şamaxı şəhər stadionunda MOİK-i qəbul edib və rəqibi 7:0 hesabı ilə məğlub edib. Komandamızın heyətində Belajdi Pusi (3), Giorgi Kantariya, Brahim Konate, Səbayıl Bağırov və Emin Zamanov fərqlənib.