“Şamaxı” milli komandaların oyunları ilə bağlı ölkə çempionatında yaranan fasilə zamanı yoxlama oyunu keçirəcək. Komandamız noyabrın 17-si, saat 15:00-da Şamaxı şəhər stadionunda I Liqa təmsilçisi MOİK-lə qarşılaşacaq.