"Şamaxı" qələbəni son anda əldən verdi

Bazar ertəsi, 30 Sentyabr 2024 23:41
Misli Premyer Liqasında VIII turun oyunları keçirilib. "Şamaxı" bu turda doğma stadionda "Turan Tovuz"u qəbul edib. Oyuna qonaqlar sürətli başlayıb və matçın 5-ci dəqiqəsində hesabı açıb. İlk hissədə başqa qol vurulmayıb və qonaqlar fasiləyə 1:0 hesablı qələbə ilə yollanıb. İkinci hissəyə komandamız qolla başlayıb. 48-ci dəqiqədə Brahim Konatenin cinahdan ötürməsini Belajdi Pusi tək toxunuşla tamamlayıb. Matçın 90-cı dəqiqəsində komandamız hesabı 2:1 öz xeyrinə dəyişib. Emin Zamanovun cərimə zərbəsindən ötürməsini Arsen Ağcabəyov başla tamamlayıb. Oyunun son saniyələrində rəqib penalti zərbəsindən hesabı bərabərləşdirib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

 

Son xəbərlər