İki futbolçumuz U-21 millimizdə

Bazar ertəsi, 18 Mart 2024 18:29
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. İki futbolçumuz: Süleyman Damadayev və Qurban Səfərov millimizə dəvət alıb.

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq.

 

Son xəbərlər