"Şamaxı” Futbol Klubu və “Medsun Klinika” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu gün "Şirvan Hotel"də "Şamaxı” Futbol Klubu ilə "Medsun Klinika" arasında əməkdaşlıq müqaviləsinin imzalanması tədbiri keçirilib. Klubun və klinikanın əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə müqaviləni "Şamaxı” FK-nın İdarə heyətinin sədri Elçin Usub və "Medsun Klinika"nın direktoru Rəşad İmanov imzalayıb. Müqavilənin müddəalarına əsasən, "Medsun Klinika" 1 il ərzində klubumuza
əvəzsiz tibbi xidmət göstərəcək.
***
"Medsun Klinika" 50 nəfər həkim, 33 nəfər orta tibb işçiləri olmaqla, 100 nəfər peşəkar heyət müasir tibbi avadanlıqlarla beynəlxalq tibbi standartlara uyğun yüksək səviyyəli tibbi xidmət göstərir. Klinika 2000 kv.metr sahəsi olan 3 mərtəbəli binada yerləşir.
Klinika klinik şöbələr,laboratoriya xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmişdir. Klinika müasir xüsusi havalandırma sistemi ilə təmin olunmuşdur. Tibb sahəsində beynəlxalq standartları tətbiq edən klinika ölkəmizi bütün bölgələrdən olan insanlara xidmət göstərir. Pasiyentlərin məmnunluğunu artırmaq məqsədi ilə yeni inferaktiv texnologiyalar və onlayn xidmətlər tətbiq edilir. Daxil olan zənglər çağrı mərkəzi tərəfindən cavablandırılır,hər bir pasiyentə individual yanaşma və xüsusi diqqət yetirilir.